• cümə, 19 Aprel, 01:35
  • Baku Bakı 18°C

ADU FUA-nın XVII Baş Assambleyasında təmsil olunub

22.05.17 14:10 696
ADU FUA-nın XVII Baş Assambleyasında təmsil olunub
Frankofoniya Universitet Agentliyinin assosiativ üzvü olan Azərbaycan Dillər Universiteti bu günlərdə Mərakeş şəhərində keçirilən Frankofoniya Universitet Agentliyinin (FUA) XVII Baş Assambleyasında təmsil olunub.
Assambleyada FUA-nın yeni strategiyasının müəyyənləşdirilməsi, fransız dili üzrə ixtisas alan tələbələrin professional həyata hazırlanması, FUA-ya üzv olan universitetlərin daha da sıx əlaqəsini təmin etmək məqsədi ilə koordinasiya işlərinin daha da mükəmməl təşkili, o cümlədən FUA-nın yeni prezidentinin - Sorin Mihai Cîmpeanunun seçilməsi müzakirə olunub.
Assambleyada Fransa, Belçika, İsveçrə, Kanada, Rumıniya, Meksika, Mərakeş, Tunis və Afrika qitəsində yerləşən bir çox ölkələrin universitetlərinin nümayəndələri iştirak ediblər. Universitetimizi ADU-nun Frankofoniya Mərkəzinin rəhbəri, filologiya elmləri doktoru Gülnarə Sadıxova təmsil edib.
Qeyd edək ki, 106 ölkənin 817 universitet və elmi tədqiqat institutları ilə əməkdaşlıq edən FUA-nın dünyada 18 regional ofis və nümayəndəliyi var. Təşkilat yarandığı gündən fransız dilində elm və tədqiqat sahələri üzrə araşdırmalar aparan tələbə və müəllimləri dəstəkləyən əməkdaşlıq, mobillik proqramıdır.
banner

Oxşar Xəbərlər