• cümə axşamı, 25 aprel, 17:23
  • Baku Bakı 23°C

ADU-da Çin döyüş sənəti üzrə master-klass keçirilib

13.10.17 15:15 1840
ADU-da Çin döyüş sənəti üzrə master-klass keçirilib
Oktyabrın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Tai chi chuan” - ənənəvi Çin döyüş sənəti və müxtəlif sağlamlıq gimnastikası üzrə master-klass keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Konfutsiçilik fəlsəfəsinə, təbiət qanunlarına əsaslanan "Tai chi chuan” sənətinin ortaya çıxması tarixindən və insanın özünün inkişafın unikal bir sistemi olmasından bəhs edib.
Məşhur çinli Li Changyong "zəiflərin güclü üzərində üstün olduğu zaman” bu döyüş sənətinin əsas prinsipi olan Tai Chi texnikasının xüsusiyyətlərindən danışıb.
Çindən gələn müəllim tamaşaçılara "Tai chi chuan”ın fərdi üslub və formalarını nümayiş etdirib.
Sonda ADU-nun tələbələri "Tai chi chuan”-ın ayrı-ayrı fəndləri və sağlamlıq gimnastikasının əsas hərəkətlərini öyrənib.
banner

Oxşar Xəbərlər