• çərşənbə axşamı, 19 mart, 07:48
  • Baku Bakı 8°C

ADU-da “Business English” fənni çərçivəsində tədbir keçirilib - Fotolar

23.05.17 19:32 728
ADU-da “Business English” fənni çərçivəsində tədbir keçirilib - Fotolar
Azərbaycan Dillər Universitetində (ADU) universitetin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin təşkilatçılığı ilə İşgüzar İngilis dili (Business English) fənni çərçivəsində tədbir keçirilib.

Öncə tədbir haqqında məlumat verən V.Ağabəyli tədris etdiyi İşgüzar İngilis dili fənninin sillabusunda təqdim olunan mövzularla bağlı İngilis dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələrinin əyləncəli formada səhnəciklərlə çıxış edəcəyini bildirib.

Sonra tələbələrin ifasında telefon danışıqları zamanı tələffüzlə bağlı yaranan anlaşılmazlıqların ortaya çıxardığı məqamları əks etdirən, çoxmədəniyyətliliyi özündə birləşdirən dərs, eyni zamanda səyahət edən zaman pasport yoxlanışında İngilis dilində danışmağa çətinlik çəkən insanlarla bağlı səhnəciklər nümayiş olunub.

Tədbirdə mövzuyla bağlı video-çarx da izlənilib.
Sonda ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev tədbirin keçirilməsini yüksək qiymətləndirib, səhnəciklərdə yer alan mövzuların real həyatdan götürüldüyünü və günümüzlə səsləşdiyini diqqətə çatdırıb. O, müəllimlik peşəsinin çətin, şərəfli və məsuliyyətli olduğunu bildirib. Professor belə tədbirlərin epizodik xarakter daşımayacağına və davamlı olacağına inamını ifadə edib.





banner

Oxşar Xəbərlər