• cümə, 26 Aprel, 00:10
  • Baku Bakı 16°C

ADTGT-nin təlim kursunun iştirakçıları dövlət qulluğuna hazırlıq üzrə imtahan verdilər

13.07.16 17:39 1054
ADTGT-nin təlim kursunun iştirakçıları dövlət qulluğuna hazırlıq üzrə imtahan verdilər
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) "Dövlət qulluğuna gənclərin maraq və imkanlarının artırılması” adlı maarifləndirici layihəsinə uyğun ilk mərhələdə 2 həftəlik proqrama əsasən Bakı şəhər Binəqədi rayonunda olan 40 nəfər ali təhsilli gənc dövlət qulluğuna hazırlıq kurslarını bitirərək, imtahan vermişlər. İmtahanda hal-hazırda qüvvədə olan qanunvericiliyə uyğun sahələri əhatə edən 80 sual təqdim olunmuş və iştirakçılar tərəfindən müxtəlif variantlarda cavablar verilmişdir.
Sonra iştirakçılar AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və ADTGT-nin birgə hazırladığı sertifikatlarla təltif olundular.
Xatırladaq ki, 3 ay müddətində icra olunacaq layihə Bakı şəhərində 200 nəfər ali təhsilli gəncinin inkişafına, maariflənməsinə, ali təhsilli gənclərin dövlət qulluğuna maraqlarının artırılmasına, bu xidmətə daxil olmalarının stimullaşdırılmasına, onların bu sektorda fəaliyyət göstərmələrinə motivasiya yaratmaqda, öz karyera yüksəlişlərini bu sahədə qurmalarına böyük dəstək və yardımçı olacaqdır.
Layihə çərçivəsində təşkilat tərəfindən mərhələli şəkildə Fəaliyyət Planına uyğun, dövlət qulluğuna hazırlaşan gənclər üçün pulsuz hazırlıq və təlim kursları təşkil olunur, onların müsabiqə və müsahibəyə hazırlanmasına, məntiqi dünyagörüş, əcnəbi dil və İKT səviyyələrinin artırılmasına dəstək olacaq, iştirakçı gənclərin qiymətləndirməsini, test hazırlıqlarını yoxlayacaq sınaq imtahanları keçirilir.
Layihənin yekununda gənclərinin karyera inkişafına təkan verəcək və müxtəlif aidiyyətli hökumət strukturlarının və özəl qurumların da təmsilçilərinin qaılacağı Gənclərinin Karyera Forumu adlı toplantı təşkil ediləcək və sosial şəbəklər vasitəsilə bu kurslardan faydalanan gənclərin şəbəkəsi qurulacaqdır.
banner

Oxşar Xəbərlər