• cümə, 29 Mart, 02:03
  • Baku Bakı 7°C

ADNSU-nun loqosu təqdim olundu

27.05.16 17:12 7825
ADNSU-nun loqosu təqdim olundu
Mayın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Loqosunun təqdimatı keçirilib. Rektorluq, müəllim və tələbələrin iştirak etdiyi təqdimatı Tədris işləri üzrə prorektor Qasım Məmədov giriş sözü ilə açıb. Prorektor ADNSU-da İctimaiyyətlə Əlaqələr Departamentinin yaradıldığını elan edib, onun rəhbərini - Bəhruz Nəzərovu iştirakçılara təqdim edib. ADNSU loqosunun təqdimatı Departamentin rəhbəri tərəfindən aparılıb.
B.Nəzərov ADNSU-da gedən yeniliklər, aparılan islahatalar, mətbuatla əlaqələrin qurulmasında görüləcək işlərlə bağlı fikirlərini qeyd edərək, yeni loqonun yaranması və onun üstünlüklərini qeyd edib. Departament rəhbəri yeni Loqonun yaradılmasını universitetin imicinin ölkə və onun hüdudlarından kənarda da tanıdılması və təbliğ olunması baxımından müsbət bir addım kimi dəyərləndirib. B.Nəzərov Loqo üzərində əks olunan atributlarla bağlı görülən işlərdən söz açıb, universitetin ictimaiyyətlə əlaqələrinin daha da inkişaf etdiriləcəyini söyləyib.
ADNSU xəbər


banner

Oxşar Xəbərlər