• şənbə, 20 Aprel, 12:09
  • Baku Bakı 23°C

ADNSU-da əmək haqqları artırıldı

27.04.16 18:38 2993
ADNSU-da əmək haqqları artırıldı
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının əmrinə əsasən işçilərin əməkhaqqı artırılıb. Universitetin mətbuat xidmətinin məlumatına görə, əməkhaqqının artırılması Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında” (244 saylı, 22.10.2012-ci il tarixli) qərarına əsasən daxili resurslar hesabına həyata keçirilib.
Qeyd edək ki, bu dəfəki artım texniki işçilərin, tədris köməkçi heyətin, təsərrüfat və elmi işçilərin əməkhaqlarında müşahidə olunur.
banner

Oxşar Xəbərlər