• cümə, 29 Mart, 16:18
  • Baku Bakı 14°C

ADMİU-nun tələbələri “Gənclərin IV Film Festivalı”nda

05.10.17 18:11 1967
ADMİU-nun tələbələri “Gənclərin IV Film Festivalı”nda
Azərbaycan Gənclərinin Filmi, ABŞ-ın Azərbaycandakı Səfirliyi, CinemaPlus, Cinemazadeh, The US-Educated Azerbaijan Alumni Association və Desperado Musiqi Məktəbinin təşkilati dəstəyi ilə "Gənclərin IV Film Festivalı” keçirilib.
Festival çərçivəsində Azərbaycan, Avropa və Amerikanın bir çox filmlərinin təqdimatı, ustad dərsləri, canlı musiqi nümunələri, eləcə də gənc Azərbaycan filmoqraflarının 40-dan çox filmləri nümayiş olunub.
"Öz hekayəni paylaş” adı altında keçirilən festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də yer alıb. Belə ki, "Təcrübəli qısa hekayə” üzrə III yerə Kino və televiziya fakültəsinin III kurs tələbəsi Anar Məcidovun "Hophopnamə” filmi, II yerə magistr tələbəsi Abbasağa Əlizadənin "Mən” filmi, "Həvəskar sənədli film” üzrə II yerə SABAH qrupu IV kurs tələbələri Şövkət Fikrət qızının "Film about the young performer” filmi, Samir Hüseynovun "Happy Death” filmi, I yerə IV kurs tələbəsi Hüseyn Həsənov və III kurs tələbəsi Kamran Əliyevin "Koleydoskop” filmi layiq görülüb, qaliblərə diplom və mükafatlar təqdim edilib.
Bundan əlavə Kino və televiziya fakültəsinin III kurs tələbələri Zeynəb İsgəndərovanın "Ütü”, Binyamin Sailovun "Uçan balıqlar”, IV kurs tələbəsi Fikrət Gündüzlünün "Fərasətli”, məzun Elşən Şirbağırovun "Acı həyat” və SABAH qrupu IV kurs tələbəsi Masər Həsənovun "Everest”, "Sevgi naminə” filmləri nümayiş olunub və iştirakçı sertifikatı ilə təltif edilib.
Qeyd edək ki, festival iştirakçılarının filmləri ilə yanaşı gürcü rejissorları Tamta Gabrichidzenin, Vakho Jajanidzenin filmləri nümayiş olunub, Kann Film Festivalının iştirakçısı Pablo Mahave və qaçqınlar haqqıda filmlərin rejissoru Fridoon Joindanın ustad dərsləri keçirilib.




banner

Oxşar Xəbərlər