• cümə, 19 Aprel, 03:49
  • Baku Bakı 18°C

Ağdaşda “Qarabəy karvansarayı” tarixi abidəsinin yaşayış hissəsində yanğın nəticəsində 5 yaşlı uşaq ölüb

25.08.16 20:26 1417
Ağdaşda “Qarabəy karvansarayı” tarixi abidəsinin yaşayış hissəsində yanğın nəticəsində 5 yaşlı uşaq ölüb
Ağdaş şəhərində bir nəfərin ölümü ilə nəticələnən yanğın 19 əsrdə tikilmiş, ümumi sahəsi 1690 kv. metr olan "Qarabəy karvansarayı” tarixi abidəsinin yaşayış hissəsində baş verib.

APA-nın Şirvan bürosunun məlumatına görə, rayon sakini 1971-ci il təvəllüdlü Fərrux Qurbanova məxsus sahəsi 28 kvadratmetr olan bir otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün FHN-nin iki yanğınsöndürən avtomobili cəlb olunub. Hadisə zamanı ev, içərisində olan əşyalarla birlikdə yanıb. Ev sahibinin qızı 2011-ci il təvəllüdlü Şəfiqə Qurbanova tüstüdən boğularaq dünyasını dəyişib.

Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Yanğının genişlənməsinin qarşısı alınıb və tarixi abidə yanğından mühafizə edilib.

Qeyd edək ki, binada ona yaxın ticarət və iaşə obyektləri fəaliyyət göstərir.
banner

Oxşar Xəbərlər