• çərşənbə axşamı, 23 aprel, 22:51
  • Baku Bakı 20°C

Çağdaş tariximizdə yeni bir səhifənin başlanğıcı - Fotolar

14.06.17 22:42 1192
Çağdaş tariximizdə yeni bir səhifənin başlanğıcı - Fotolar
"Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyətində 15 iyun Milli Qurtuluş Günü qeyd olunub.

Konfrans iştirakçıları əvvəlcə 1993-cü ilin iyun hadisələrinin mahiyyətindən bəhs edən videofilmə baxıblar.

Konfransda çıxış edən Milli Məclisin üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Belə bir məqamda həm siyasi hakimiyyət, həm də xalq üzünü Naxçıvana- zəngin siyasi təcrübəyə malik Heydər Əliyevə tutdu.
"Ulu Öndər yalnız milli maraqları əsas götürərək Bakıya gəldi və qısa vaxtda siyasi-hərbi gərginliyi aradan qaldırdı”. Bu fikirləri vurğulayan "İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vuqar Rəhimzadə də çıxışında ölkənin gərgin siyasi vəziyyətində Ümummilli Lider Heydər Əliyev Naxçıvandakı siyasi fəaliyyətinə toxundu. Bildirdi ki, Ümummilli Lider xalqın tələbi ilə hakimiyyətə qayıdaraq ölkədəki siyasi və hərbi böhrana son qoydu, Azərbaycanda sabitlik dövrü başladı.

Konfransa yekun vuran "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC İH-nin sədr müavini Elşən Əsədov 15 iyun hadisələrini çağdaş tariximizdə yeni bir səhifənin başlanğıcı kimi dəyərləndirdi. "Konstitutsiya qəbul edildi və dövlətçilik təsisatları formalaşdırıldı, iqtisadi islahatlar həyata keçirildi. Azərbaycanın karbohidrogen ehtiyatları dünyaya açıldı. Bu gün ölkəmiz Ümummili Liderin müəyyən etdiyi strateji istiqamətdə inamla irəliləyir. Ordumuz möhkəmlənir, işğaldan azad edilmiş ərazilərimizdə, xüsusən Cocuq Mərcanlı kəndində həyata keçirilən işlər xalqımızda böyük ruh yüksəkliyi yaratmaqdadır. Bu gün Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndində olması, abadlıq-quruculuq işlərinə baxış keçirməsi iqtisadi baxımdan güclənən Azərbaycanın parlaq hərbi qələbəsidir”.

banner

Oxşar Xəbərlər