• cümə, 29 Mart, 02:24
  • Baku Bakı 7°C

Ağdaş Seçki Dairəsindən 6 nəfər deputatlığa namizəd var

03.05.16 16:40 982
Ağdaş Seçki Dairəsindən 6 nəfər deputatlığa namizəd var
90 saylı Ağdaş seçki dairəsindən 6 nəfər deputatlığa namizədliyinin təsdiqlənməsi üçün müraciət edib.

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, namizədliyin tədiqlənməsi üçün müraciət edənlərdən biri YAP, biri Ümid Partiyasının üzvü, 4 nəfər isə bitərəfdir: "Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, bu şəxslərin namizədliyi təsdiq olunub”.

MSK sədri bildirib ki, seçicilərə paylanılması üçün 41409 bildiriş çap edilib.
banner

Oxşar Xəbərlər