• cümə axşamı, 28 mart, 20:47
  • Baku Bakı 13°C

Ağdam Teatrında dərviş Parisi partlatdı

04.02.20 12:03 5606
Ağdam Teatrında dərviş Parisi partlatdı
Fevralın 3-də Ağdam Dövlət Dram Teatrında Mirzə Fətəli Axundovun "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" tamaşası nümayiş olundu. Quruluşçu rejissoru Kərim Həsənli, rejissor assisenti- Rüstəm Həsənli olan tamaşa maraqla qarşılandı. Tamaşanın quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatı- Elşən Cəfərova məxsusdur.
Teatrdan verilən məlumata görə isə "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyası həm məzmununa, həm də sənətkarlıq xüsusiyyətlərinə görə yeni və müasir tərzdə hazırlanıb. Əsər öz aktuallığını bu gün də qoruyub saxlamağı bacarıb. Sözügedən komediyada yeniliklə köhnəliyin mübarizəsi çox inandırıcı dramatik səhnələrdə təsvir edilmiş və müəllif əsərin ideyasını böyük uğurla tamaşaçılara çatdıra bilib.
Komediya janrında olan tamaşada rolları teatrın yaradıcı heyəti canlandırıb. Belə ki, - Müsyö Jordan-Fərhad Fərhadzadə, Hatəmxan ağa- Cəfər Bayramov, Şəhrəbanu-Aidə Qasımova, Şərəfnisə- Afəridə Əhmədova, Gülçöhrə-Hurşən Qurbanova, Şahbaz bəy-Hikmət Kərimoğlu,
Xanpəri-Fərqumə Yusifova, Qulaməli-Tural Yusifov, Məstəli Şah-Kərim Həsənov ifa ediblər.







banner

Oxşar Xəbərlər