• cümə, 29 Mart, 16:59
  • Baku Bakı 14°C

Ağdam rayonunun taxılçıları 15 min 750 hektar sahədə səpin aparıblar

03.01.20 16:50 1445
Ağdam rayonunun taxılçıları 15 min 750 hektar sahədə səpin aparıblar
Ağdam rayonunun taxılçıları 2020-ci ilin məhsulu üçün səpini başa çatdırıblar.
Rayon statistika idarəsindənAZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, fermerlər və torpaq mülkiyyətçiləri 22 min 100 hektar sahədə payızlıq şum işləri aparıb, 15 min 750 hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər səpiblər. Əkinlərinin 12 min 092 hektarı buğda, 2255 hektarı dən üçün arpa, 1403 hektarı xəsil arpadır.
Qeyd edək ki, Ağdam rayonunda 2019-cu ildə 14 min 443 taxıl sahəsindən 55 min 530 ton məhsul, o cümlədən 47 min 660 ton buğda, 7870 ton arpa əldə edilib. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 39 sentner, arpa sahələrində isə 35,5 sentner olub.
banner

Oxşar Xəbərlər