"Açıq Mikrofon" Gənclərin Musiqi Marafonu keçiriləcək
2 fevral
- Azərbaycan Gəncləri Günü münasibəti ilə Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyinin və MAG ( Müasir Azərbaycan Gənci) verilişinin təşkilatçılığı
ilə "Açıq Mikrofon" Gənclərin Musiqi Marafonu keçiriləcək.
Marafonda
istedadlı, bacarıqlı gənclər öz məharətlərini geniş tamaşaçı auditoriyasında,
möhtəşəm səhnədə nümayiş etdirəcəklər.
Konsert
proqramında Hiss, Tibu, PRoMete, Tomris, Samirə Əfəndi, Fariz İlyasov, Anar Bəylər,
Riad Abdul, Ayaz Babayev, Fərid Həsənov, Məlik Ramiz, Amir Paşayev, Cavidan Fətihi,
Vüsal Rzasoy, Fərid Həsənov, Bəxtiyar Məmmədov, The RED jungle, Jafarlinsky
Band, East or Weast, Vivace Kvartet, "AMAROK" qrupu, Stage New Life rəqs
qrupu, Grifon Dance studio, Sübhi Abbas, DJ Vebo və digər sürpriz ifaçılar
tanınmış bloqerlərin təqdimatı ilə çıxış edəcəklər.
Bu möhtəşəm
gündə bizimlə olan gənclərin İrshad Electronicsin təqdim etdiyi Honor 9X mobil
telefonu, Honor Band 5 (20x) və digər maraqlı hədiyyələri qazanmaq şansı
olacaq.
Eyni
zamanda, gənclər MAG-ın rəsmi facebook səhifəsində qeydiyyatdan keçməklə minlərlə
tamaşaçı qarşısında çıxış edib böyük səhnələrə ilk addımlarını ata bilərlər.
02.02.2020-də,
saat 17:30-da; "Bakı İdman Sarayı"nda ( Əl oyunları Sarayı) Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyinin və MAG-ın təşkilatçılığı ilə keçirilən
konsert proqramına giriş sərbəstdir.