• cümə, 19 Aprel, 22:26
  • Baku Bakı 24°C

Açıq məkanda reklama icazə alınması üçün prosedurlar dəqiqləşdirilir

06.11.17 14:40 868
Açıq məkanda reklama icazə alınması üçün prosedurlar dəqiqləşdirilir
"Azərbaycanda reklam haqqında” qanuna dəyişiklik ediləcək.
"APA-Economics”in məlumatına görə, qanun layihəsi qanunvericiliyin təkmilləşdirilməsi, açıq məkanda reklama icazə alınması üçün prosedurların dəqiqləşdirilməsi, habelə açıq məkanda reklam yerləşdirilməsi və reklam yayımına görə haqqın ödənilmə qaydası və məbləği ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.
Təklif olunan qanun layihəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri (tikinti işləri başlamazdan əvvəl tikinti ərazisinin görünən hissəsində sifarişçi tərəfindən yerləşdirilən məlumat lövhəsi) reklam daşıyıcıları və reklam hesab edilməyəcək.
Bununla da hansı məlumat lövhələrinin reklam olub-olmaması ilə bağlı praktikada geniş rast gəlinən qeyri-müəyyənliklər aradan qaldırılacaq.
Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər