• cümə, 19 Aprel, 10:24
  • Baku Bakı 13°C

Ağcabədidə “Quşlar cənnəti - Ağgöl Milli Parkı” sənədli filmi nümayiş olunub

28.09.17 09:20 1507
Ağcabədidə “Quşlar cənnəti - Ağgöl Milli Parkı” sənədli filmi nümayiş olunub
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 27 sentyabr – Dünya Turizm Günü münasibətilə "Quşlar cənnəti – Ağgöl Milli Parkı” adlı sənədli film nümayiş etdirilib.
AZƏRTACxəbər verir ki, filmin nümayişində Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Tarix-Diyarşünaslıq Muzeyinin, Dövlət Rəsm Qalereyasının əməkdaşları iştirak ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin xüsusi layihəsi ilə çəkilmiş sənədli filmdə Ağcabədi rayonu ərazisində yerləşən "Ağgöl Milli Parkı”nda məskən salan quşlar, habelə digər heyvan növləri, buranın təbii şəraiti hərtərəfli öz əksini tapıb.
Film böyük maraqla qarşılanıb.
banner

Oxşar Xəbərlər