• çərşənbə axşamı, 23 aprel, 14:02
  • Baku Bakı 24°C

Ağcabədidə iki minik avtomobili toqquşub, xəsarət alan var

17.04.17 09:20 1245
Ağcabədidə iki minik avtomobili toqquşub, xəsarət alan var
Ağcabədidə yol qəzası baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Boyat kəndinə qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2106” markalı minik maşınında yaranan texniki nasazlıqdan idarəetməni itirən sürücü qarşıdan gələn "Mercedes” markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ”-ın sərnişini, rayonun İmamqulubəyli kənd sakini Həsənov İntiqam Hüseyin oğlu kəllə beyin travmasıiləAğdamMərkəzi Rayon Xəstəxanasına çatdırılıb. XəstəxanadanAPA-ya verilən məlumata görə, yaralı İ.Hüseynovun vəziyyəti ağırdır.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma başlanıb.
banner

Oxşar Xəbərlər