• cümə axşamı, 28 mart, 21:27
  • Baku Bakı 13°C

ABŞ və Rusiya liderləri Suriyaya dair birgə bəyanatla çıxış ediblər

11.11.17 11:55 1049
ABŞ və Rusiya liderləri Suriyaya dair birgə bəyanatla çıxış ediblər
"Suriyamünaqişəsinin hərbi yolla həlli yoxdur”.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Vyetnamda keçirilən Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq Təşkilatı(APEC)sammitində bir araya gələn ABŞ və Rusiya prezidentlərinin birgə bəyanatında qeyd edilib.
Vladimir Putinin sözçüsü Dimitri Peskov bildirib ki, liderlər sammit çərçivəsində bir araya gələrəkSuriyaməsələsinə dair birgə bəyanatla çıxış etməyə razılıq veriblər.
Tərəflər İŞİD terror təşkilatı ilə birgə mübarizənin davam etdirilməsi və təhlükəli halların qarşısının alınması üçün birgə əməkdaşlıq kanallarının qurulmasına dair razılığa gəliblər.
Bəyanatda Suriyanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi əsas prinsip olaraq qeyd edilib. Bütün tərəflərBMT-nin himayəsi altında Cenevrədə təşkil edilən sülh danışıqlarına dəvət edilib.
banner

Oxşar Xəbərlər