• çərşənbə, 24 Aprel, 20:47
  • Baku Bakı 23°C

ABŞ və Avropa ticarət müharibəsində müvəqqəti barışıq əldə edib

06.03.21 20:00 799
ABŞ və Avropa ticarət müharibəsində müvəqqəti barışıq əldə edib
ABŞ və Avropa arasında ticarət müharibəsinin müvəqqəti dayandırılmasına dair razılıq əldə olunub.
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropa Komissiyasının veb-saytında bildirildiyi kimi, ABŞ və Avropa ölkələri təyyarə istehsalçıları "Boeing" və "Airbus" ilə əlaqədar mübahisə çərçivəsində tətbiq olunan bütün gömrük rüsumlarını dayandırıb.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin açıqlamasında qeyd edildiyi kimi, barışıq ABŞ Prezidenti Co Batdenlə danışıqlar nəticəsində əldə olunub. Barışığın müddəti dörd aydır və o, həm aviasiya, həm də qeyri-aviasiya mallarını əhatə edir.

Bundan əlavə, tərəflər bu mübahisəni birdəfəlik həll etməyə hazır olduqlarını bildiriblər. Avropa Komissiyasına görə, bu, tərəfdaşlığın yeni mərhələsindən xəbər verir.
banner

Oxşar Xəbərlər