• çərşənbə, 24 Aprel, 15:09
  • Baku Bakı 27°C

“ABŞ və Avropa Qarabağ münaqişəsinin həllinə daha çox diqqət göstərməlidir”

30.09.13 15:07 1312
“ABŞ və Avropa Qarabağ münaqişəsinin həllinə daha çox diqqət göstərməlidir”
“Cənub dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyi üçün xüsusi önəmə sahibdir. Mərkəzi və Şərqi Avropanın Rusiya qazından asılılığı nəzərə alınarsa, enerji təchizatının diversifikasiyasının zəruri olduğu anlaşılar. Azərbaycan Avropa bazarlarına qazın çatdırılması üçün ən yaxşı variantdır”. Bu sözləri APA-ya açıqlamasında ABŞ-dakı Vudro Vilson adına Beynəlxalq Elmi Mərkəzin müşaviri Aleksandros Petersen deyib.
O bildirib ki, Cənub dəhlizi nəinki Avropa ölkələri, həm də bütün transatlantik birlik üçün önəmlidir: “Bu layihənin həyata keçirilməsi Rusiyadan asılılığa son qoyulması siyasətinin başlanğıcı və Azərbaycan kimi yeni tərəfdaşların qazanılması mənasına gələcək. Azərbaycan Avropa bazarında Rusiyanın birbaşa rəqibi deyil, lakin avropalı istehlakçılar üçün pozitiv alternativə çevrilməkdədir”.
Regional münaqişələrin layihənin həyata keçirilməsinə əngəl törədə biləcəyi ehtimalına toxunan A. Petersen qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığı nəzərə alınsa, belə bir təhlükə var: “Bu, onu göstərir ki, ABŞ və Avropa Dağlıq Qarabağ münaqişəsinin həllinə daha çox diqqət göstərməlidir. Ermənistan layihənin reallaşmasında pozitiv rol oynaya bilərdi, lakin nə qədər ki, münaqişə həll olunmamış qalır, Rusiya Ermənistan üzərində böyük təsirə malik olacaq və Ermənistan həmişə bu cür layihələrdən kənarda qalacaq”.
“Global Change” Assosiasiyasının təsisçisi Peter Fusaro təbii qaz probleminin Avropa və Ukrayna üçün illərdir aktual olduğunu söyləyib: “Cənub dəhlizi layihəsi avropalı istehlakçı üçün fövqəladə dərəcədə maraqlıdır. Azərbaycan və Rusiya bu layihə ilə rəqib olmur. Avropada qaza tələbat çox böyükdür, bazar hamı üçün yetər”.
Türkiyə Böyük Millət Məclisinin üzvü Faik Tunay isə hazırda bölgədə ciddi risklərin mövcud olduğunu və bu problemləri həll etməyin əsas yolunun enerji məsələsi olduğunu vurğulayıb: “Biz ümumi məqsədlər naminə çalışmağa başlasaq, siyasi problemlər azalacaq. Sözsüz ki, istənilən layihə ilə bağlı siyasi risk mövcuddur, lakin tərəflərin bunu necə həll etməsi önəmlidir. Siyasətçilər bu layihənin uğuru üçün mübarizə aparmalıdır. Cənub Dəhlizi strateji önəmə sahibdir. Türkiyə bu məsələdə Şərq və Qərb üçün yol açan körpü rolunu oynayır”.
banner

Oxşar Xəbərlər