• cümə, 19 Aprel, 22:13
  • Baku Bakı 24°C

ABŞ Türkiyənin Rusiyadan “S-400” əldə etməsini problem adlandırıb

13.10.17 10:40 1380
ABŞ Türkiyənin Rusiyadan “S-400” əldə etməsini problem adlandırıb
Türkiyənin Rusiyadan "S-400” zenit-raket kompleksləri əldə etmək qərarı problem yaradıb.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ınNATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bildirib.
"Bu addımNATO-da narahatlığa səbəb oldu, belə ki, həmin sistemlər Alyansın istifadə etdiyi komplekslərlə uzlaşmır”, - deyə Key Beyli Xatçison "Washington Post” nəşrinə müsahibəsində bildirib.
Bununla belə K.Xatçison Türkiyənin ABŞ-ın əsas tərəfdaşı olduğunu, Vaşinqtonun Ankara ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
"ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Bu bizim marağımızda deyil. Bu heç Türkiyənin özünün də marağında deyil”, - deyə ABŞ-ınNATO-dakı daimi nümayəndəsi qeyd edib.
banner

Oxşar Xəbərlər