AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“ABŞ TAP və ya “Nabucco West” məsələsində neytral mövqe tutur”

“ABŞ TAP və ya “Nabucco West” məsələsində neytral mövqe tutur”

İqtisadiyyat
08 Aprel 2013, 11:48 1249
ABŞ Azərbaycandan və Xəzər hövzəsindən ixrac edilən qazın TAP və ya “Nabucco West” dəhlizi ilə nəqli məsələsində neytral mövqe tutur.

APA-nın məlumatına görə, bu barədə «Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq» mövzusunda birinci Dünya İqtisadi Forumunda çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.

Səfir qeyd edib ki, burada çətinliklər əsasən kommersiya və geosiyasi məsələlərin üst üstə düşməsi ilə bağlıdır: «Düşünürəm ki, Azərbaycan qazından əlavə Türkmənistan qazı da gələcəkdə bu regiondan keçən kəmərlərlə nəql olunacaq və Türkmənistan da cənub dəhlizinin bir hissəsi olacaq».