AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ABŞ ÜST-lə əlaqələri kəsir, aksiyalar şiddətlənir

ABŞ ÜST-lə əlaqələri kəsir, aksiyalar şiddətlənir

Cəmiyyət
31 May 2020, 16:37 181
"Donald Trampın ÜST-lə bağlı qərarları müəyyən mənada həqiqəti əks etdirir. O ki, qaldı ölkədə keçirilən etiraz aksiyalarına, demək olar ki, hələ də ABŞ-da qaradərililərə qarşı çox pis yanaşma mövcuddur. Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov hazırda ABŞ-da baş verən proseslərə və Prezident Donald Trampın ÜST-lə bağlı açıqlamalarına aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, Donald Trampın ÜST-lə bağlı verdiyi açıqlamaların bir qismi həqiqəti əks etdirir və bu iddihamlar haqlı olaraq ölkə rəhbərinin çıxışında öz əksini tapıb.
"Donald Trampın ÜST-lə bağlı qərarları müəyyən mənada həqiqəti əks etdirir. Çünki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın başlanğıcı dövründə nümayiş etdirdiyi davranışı kifayət qədər sual və eyni zamanda maraq doğurur. Məsələ burasındadır ki, pandemiya digər ölkələrə yayılmağa başladığı ilk dönəmlərdə ÜST pandemiyaya qarşı vaxtında mübarizə aparmadı. Bunun ilkin dövrdə gizlətdi. Daha sonra isə baxmayaraq ki, pandemiya müəyyən sayda insanın yoluxması ilə əsas götürür, onlar tez tələsərək yeni növ koronavirusu (COVID-19) pandemiya elan etdilər".
Politoloqun fikrincə, Donald Tramp beynəlxalq təşkilatlarla münasibətdə xüsusi mövqedə dayanır və bu da ölkənin maddi vəsaitlərinin qənaətli xərclənməsinə hesablanıb: "Biz bilirik ki, ABŞ Prezidenti Donald Tramp beynəlxalq təşkilatlarla bağlı xüsusi mövqeyə malikdir. Bu mövqe isə ondan ibarətdir ki, ABŞ öz xarici siyasətində hara gəldi pul xərcləməməlidir".
Qeyd edək ki, Prezident Donald Tramp mayın 29-da keçirdiyi mətbuat konfransında ABŞ-ın ÜST ilə əlaqələrini kəsdiyini bəyan edib və bu addımı ÜST-ün ilkin mərhələdə COVID-19-a qarşı mübarizədə kifayət qədər məsuliyyəli davranmaması ilə əlaqələndirib.
Donald Trampın qərarına Avropa İttifaqından da cavab gecikməyib. Avropa Komissiyasının Prezidenti Ursula Leyen və Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bununla bağlı birgə bəyanat yayıb. Bəyanatda isə qeyd edilib ki, ÜST pandemiyaya qarşı beynəlxalq reaksiyaya indi və gələcəkdə liderlik etməyə davam etməlidir və bunun üçün hamının iştirakı və dəstəyi tələb olunur:
"Bu qlobal təhlükə qarşısında dərin əməkdaşlıq və ortaq həll yolları tapmağın zamanıdır. Beynəlxalq nəticələri zəiflədən addımların qarşısı alınmalıdır. Bu səbəbdən ABŞ-ı elan edilmiş qərara yenidən baxmağa çağırırıq".
Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə Donald Trampın bu addımını səhiyyə sahəsində əməkdaşlıq üzrə beynəlxalq hüquqi əsaslara zərbə olduğunu bəyan edib.
Digər tərəfdən ABŞ-ın Miçiqan əyalətində qaradərili Corc Floydun polis zorakılığına məruz qalaraq həyatını itirməsi də ölkənin 18 şatatında və 25 böyük şəhərində etiraz aksiyalarına səbəb olub. Bununla bağlı danışan Zaur Məmmədov bildirib ki, ABŞ-da hazırda baş verənləri xaos adlandıra bilmərik, lakin, bir çox ştatda, ümumiyyətlə, ABŞ-ın bir çox şəhərlərində aksiyalar həyata keçirilir:
"XX əsrdə olduğu kimi bu gün də qaradərililərə qarşı təqiblər və ikili standartlar mövcuddur, bunun əksini iddi edənlər yanılır. ABŞ-da bu gün də qaradərililərə qarşı ciddi şəkildə təzyiq var. Onlar ayrı-seçkilik ilə üzləşirlər. Baxmayaraq ki, onların bir qismi yüksək mərtəbəli dövlət kürsülərində dururlar. Yenə də Amerikanın ağdərili sakinləri də, ayrı-ayrı şəxsləri də heç də buranın yerli sakinlər deyillər. Onlar da müxtəlif əsirlərdə buraya köç etmişlər".