• cümə axşamı, 28 mart, 15:40
  • Baku Bakı 16°C

ABŞ Senatı "Şimal axını-2"yə qarşı sanksiyaları müdafiə büdcəsi layihəsinə daxil edib

01.07.20 10:52 533
ABŞ Senatı "Şimal axını-2"yə qarşı sanksiyaları müdafiə büdcəsi layihəsinə daxil edib
ABŞ Konqresinin Senatı "Şimal axını-2" qaz boru kəmərinə qarşı əlavə sanksiyaları müdafiə büdcəsi layihəsinə daxil edib.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində respublikaçı konqresmen Stiv Uomak yazıb.
S.Uomak bildirib: "Mən onun tikintisini dayandırmağa yönəlmiş sanksiyaların həmmüəllifi olduğum üçün fəxr edirəm və bu prioritet müddəanı müdafiə büdcəsi layihəsinə daxil etdiyinə görə Senatı alqışlayıram".
Onun sözlərinə görə, Rusiya hakimiyyəti layihədən "məcburiyyət aləti" kimi istifadə etmək istəyir və onun məqsədi Polşa və Ukraynanın Rusiya qazından asılılığını artırmaqdır.
banner

Oxşar Xəbərlər