AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ABŞ səfirliyinin Con Kerri açıqlaması

ABŞ səfirliyinin Con Kerri açıqlaması

Siyasət
31 Yanvar 2013, 09:48 1278
“ABŞ-ın dövlət katibi Con Kerri Cənubi Qafqazda sülh və stabilliyin təmin olunmasına dair Obamanın siyasətini davam etdirəcək”.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conas Stüart Con Kerrinin dövlət katibi postuna namizədliyinin təsdiqlənməsi və bu hadisənin ABŞ-ın regiona münasibətdə xarici siyasətinə təsiri barədə APA-nın sualını belə cavablandırıb.

“Azərbaycan-Ermənistan münasibətlərinə gəldikdə isə, ABŞ yenə də ATƏT-in Minsk Qrupunun münaqişənin sülh yolu ilə nizamlanması yolunu tapmaqda tərəflərə köməklik göstərmək cəhdlərini dəstəkləmək xəttinə sadiqdir. Münaqişənin nizamlanmasına yalnız sülh danışıqları yolu ilə nail olmaq olar”.

Xatırladaq ki, ABŞ Senatı Con Kerrinin dövlət katibi postuna təsdiqləyib, o gələn həftədən vəzifəsinin icrasına başlayacaq.