• çərşənbə, 24 Aprel, 23:14
  • Baku Bakı 23°C

ABŞ Səfirliyi məktəblilər üçün "Spelling Bee" yarışmasını elan edir

30.10.18 16:05 1056
ABŞ Səfirliyi məktəblilər üçün "Spelling Bee" yarışmasını elan edir
Yarışma Gəncə, Kürdəmir, Salyan və Xaçmazda yerləşən Amerika Mərkəzlərində 12-13, 14-15 və 16-17 yaşlı məktəblilər arasında keçiriləcək. Yarımfinal müsabiqəsində qalib gələnlər finalda iştirak etmək üçün Bakıya yola düşəcəklər. Bir günlük xərclər ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən ödəniləcək.
Müsabiqədə iştirak etmək üçün 25 oktyabr – 10 noyabr tarixləri arasında qeydiyyatdan keçmək lazımdır! Qeydiyyatdan keçmək üçün regionunuzdakı Amerika Mərkəzinə qedərək və ya onlayn QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN FORMANI DOLDURMAQ lazımdır: https://goo.gl/forms/vIUVqAecenca1hgB2
Azərbaycanda Spelling Bee Yarışması ingilis dilini öyrənmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə ABŞ səfirliyi arasında davam edən səylərin bir hissəsidir.

Regionlarda keçiriləcək yarimfinal müsabiqəsinin tarixləri:
Noyabr 27 – Salyan
Noyabr 29 – Xaçmaz
Dekabr 4 – Kürdəmir
Dekabr 5 – Gəncə

Final mərhələsi 15 dekabr 2018-ci il tarixində ABŞ Səfirliyi və Azərbaycan Dillər Universitetinin Bakı Amerika Mərkəzində keçiriləcəkdir (ünvan: 134 R. Behbudov küç., Azərbaycan Dillər Universiteti, 1-ci mərtəbə, tel. 012 441 3680)

Ətraflı məlumat üçün regionunuzda olan Amerika Mərkəzinin koordinatoru ilə əlaqə saxlayın:
Salyan (Səidə Əliyeva, Salyan Mərkəzi Kitabxanası, [email protected])
Xaçmaz (Sevda Ismayılova, Xaçmaz Mərkəzi Kitabxanası, [email protected])
Kürdəmir (Aytən Babaşova, Kürdəmir Mərkəzi Kitabxanası, [email protected])
Gəncə (Gülnaz Isgəndərova, Gəncə Mərkəzi Kitabxanası, [email protected])

banner

Oxşar Xəbərlər