• cümə axşamı, 28 mart, 17:31
  • Baku Bakı 16°C

ABŞ səfiri: “Həmsədrlərin regiona səfəri gözlənilir”

30.06.15 20:23 1479
ABŞ səfiri: “Həmsədrlərin regiona səfəri gözlənilir”
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri yaxın vaxtlarda baş tutmalıdır. Lakin dəqiq tarix barədə heç bir məlumatım yoxdur”.
APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında deyib.
Səfir bildirdi ki, həmsədrlər I Avropa Oyunlarının açılış mərasimində iştirak edərkən yaxın vaxtlarda regiona səfər etmək məsələsini müzakirə ediblər.
“Mən həm də I Avropa Oyunlarını izlədim. Oyunlar çox yüksək səviyyədə təşkil olunmuşdu. Ən çox da özümün də uşaqlıqda məşğul olduğum voleybol yarışlarını izlədim, çox xoşuma gəldi. Könüllülərin işi məni çox heyran etdi. Mükəmməl iş gördülər və ölkəni çox yüksək səviyyədə təmsil etdilər”, deyə səfir bildirib.
banner

Oxşar Xəbərlər