• cümə, 29 Mart, 15:10
  • Baku Bakı 14°C

ABŞ Rusiyada Krım Tatar Məclisinin qadağan olunmasına sərt reaksiya verib

01.10.16 09:39 985
ABŞ Rusiyada Krım Tatar Məclisinin qadağan olunmasına sərt reaksiya verib
Rəsmi Vaşinqton Krım Tatar Məclisinin qadağan edilməsiilə bağlı RusiyaAli Məhkəməsinin qərarını tanımayacaq.

APA-nın "112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bəyan edib.

"Biz Krım Tatar Məclisinin ekstremist təşkilatı kimi göstərilməsini rədd edirik və bu demokratik qurumun fəaliyyətinə qadağa qoyulmasını pisləyirik. Krımın işğalı davam etdikcə, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq. RusiyaKrımı Ukraynaya qaytarmalıdır", deyə M.Toner bildirib.

Qeyd edək ki, sentyabrın 29-da Rusiya Ali Məhkəməsi Krım TatarMəclisinin radikal təşkilat kimi tanınması və Rusiyada qadağan olunmasına dairKrım Ali Məhkəməsinin qərarını təsdiqləyib.
banner

Oxşar Xəbərlər