ABŞ prezidenti olsa, marixuananı havayı edəcək
"Leykers”in
sabiq basketbolçusu Metta Uorld Pis prezident olmaq istəyir.
Kaspi.az xəbər
verir ki, Uorld 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini
irəli sürmək niyyətindədir. O, seçiciləri cəlb edəcək vədlər də verib:
"20024-cü ildə
prezidentliyə namizədliyimiz verəcəyəm. Prezident seçilsəm, nəinki marixuananı
leqallaşdıracağam, hətta onu havayı edəcəyəm”.
O, ana südünün
satışını da pulsuz edəcəyini bildirib. Amma sabiq basketbolçu bir müddətdən
sonra "tvitter”də yazdığı statusu silib.