• cümə axşamı, 25 aprel, 05:21
  • Baku Bakı 19°C

ABŞ polisi bu il 500 nəfəri öldürüb

11.06.15 10:24 746
ABŞ polisi bu il 500 nəfəri öldürüb
2015-ci ildə ABŞ-da polis əməkdaşları tərəfindən öldürülənlərin sayı 500 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Guardian” qəzeti öz araşdırmaları nəticəsində yazıb.
Nəşrin qeyd etdiyinə görə, ilin axırınadək öldürülənlərin sayı 1000 nəfərə çata bilər.
Onlardan 49,6%-ı ağdərili, 28,2% - qaradərili, daha 14,8%-ı latın amerikalılar olub. Öldürülənlərin əksəriyyəti (95,2%) kişilər olub, onlardan 21%-nın üstündə silah olub.
Son on il ərzində ABŞ-da polis əməkdaşları min dəfə vətəndaşlara atəş açsalar da, cinayət məsuliyyətinə cəmi 54 dəfə cəlb ediliblər.
banner

Oxşar Xəbərlər