• cümə, 29 Mart, 00:12
  • Baku Bakı 7°C

ABŞ neft sənayesində 200-dən çox şirkət iflas edib

26.05.20 14:22 627
ABŞ neft sənayesində 200-dən çox şirkət iflas edib
Qərargahı Texasda yerləşən "Haynes and Boone” beynəlxalq hüquq firmasının hesabatına görə, bu ilin ilk rübü ərzində ABŞ-ın neft sənayesində iflas elan edən şirkətlərin sayı 200-ü keçib.
"APA-Economics” xarici mətbuata istinadən xəbər verir ki, hesabata görə, eyni dövrdə ABŞ-ın neft sənayesindəki firmaların ümumi borcu təxminən 130 milyard dollar təşkil edib.
ABŞ-ın Texas ştatı ilk rübdə 98 şirkətlə ölkənin ən çox iflas etdiyi neft şirkətləri olan bölgə olaraq önə çıxıb. Bunun ardınca iflas edən 12 şirkətlə Kolorado, 11 şirkətlə Luiziana, 10 şirkətlə Nyu York, 6 şirkət ilə Oklahoma və Kaliforniya sıralanıb.
Mərkəzi ofisi Norveçdə olan "Rystad Energy" müstəqil enerji araşdırma təşkilatının hesabatında isə neft qiymətləri orta hesabla 30 dollar səviyyəsində qalarsa, gələn il ABŞ-da daha 170 şirkətin müflis ola biləcəyi barədə xəbərdarlıq yer alıb.
Hesabata görə, ABŞ-da neft və təbii qaz istehsal edən şirkətlərin sayı 9 mindən çoxdur. Əsasən ailələr tərəfindən idarə olunan bu kiçik firmalar aşağı neft qiymətlərinə ən çox həssas olanlardandır. Buna görə də, neft quyularını bağlasalar, açılması mümkün olmur.
2014-2016-cı illərdə neftin qiyməti 115 dollardan 30 dollara düşdüyü dövrdə ABŞ-da 250-dən çox neft şirkəti iflas etmiş, 300 minə yaxın işçi ölkənin neft sənayesində iş yerlərini itirmişdi.
banner

Oxşar Xəbərlər