• cümə axşamı, 28 mart, 14:40
  • Baku Bakı 16°C

ABŞ İranı koronavirusla bağlı informasiyaları gizlətməkdə ittiham edib

25.02.20 21:07 1160
ABŞ İranı koronavirusla bağlı informasiyaları gizlətməkdə ittiham edib
"ABŞ İranın koronavirusla bağlı olduqca vacib informasiyaları gizlətməsindən narahatdır”.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo keçirdiyi brifinqdə deyib.
O bildirib ki, yeni yayılan virus nəticəsində ölənlərin sayına görə, İran Çindən sonra ikinci yerdədir.
Qeyd edək ki, daha əvvəl İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur ölkədə koronavirusa yoluxanların sayının 95-ə çatdığını, onlardan 15-nin öldüyünü demişdi. Həftənin bazar ertəsinə olan məlumata görə isə xəstəliyə yoluxanların sayı 34 nəfər, ölənlərin sayı isə üç dəfə artıb. Bu isə fevralın 19-dan bəri koronavirusa yoluxan ölkələr arasında ən yüksək göstəricidir.
banner

Oxşar Xəbərlər