• cümə axşamı, 18 aprel, 05:58
  • Baku Bakı 15°C

ABŞ Çinlə ticarət sazişini yanvarın ortalarında imzalaya bilər

10.01.20 14:30 834
ABŞ Çinlə ticarət sazişini yanvarın ortalarında imzalaya bilər
ABŞ Prezidenti Donald Tramp yanvarın 15-nə qədər, yaxud bir qədər gec Çinlə ticarət sövdələşməsinin ilk fazası barədə sazişə imza ata biləcəyini deyib.
AZƏRTACxəbər verir ki, bu barədə Donald Tramp ABC telekanalının Ohayo ştatındakı filialının jurnalistlərinə verdiyi müsahibədə bildirib. ABŞ Prezidenti 2019-cu il dekabrın 31-də Çinlə sövdələşmənin ilk fazası barədə sazişə yanvarın ortalarınadək Ağ evdə imza atacağını qeyd etmişdi. Saziş müddətsizdir.
ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laythayzerin sözlərinə görə, Çin məhsullarına aşağı salınmış Amerika rüsumları sənədin imzalanmasından 30 gün sonra qüvvəyə minəcək.
banner

Oxşar Xəbərlər