• cümə, 29 Mart, 02:41
  • Baku Bakı 7°C

ABŞ-ın İraqdakı hərbi bazalarına endirilən raketlər nəticəsində dəymiş zərər dəqiqləşdirilir

08.01.20 10:15 530
ABŞ-ın İraqdakı hərbi bazalarına endirilən raketlər nəticəsində dəymiş zərər dəqiqləşdirilir
ABŞ-ın İraqdakı hərbi bazalarına endirilən raketlər nəticəsində dəymiş zərər dəqiqləşdirilir.
AZƏRTACxəbər verir ki, bunu ABŞ Prezidenti Donal Tramp öz Tvitter səhifəsində yazıb. "Hər şey yaxşıdır! İraqdakı iki hərbi bazamıza İrandan raketlər atıldı. İtki və zərəri qiymətləndiririk. Dünyanın ən güclü və yaxşı təchiz edilmiş ordusuna sahibik. Sabah açıqlama verəcəyəm”, - deyə o qeyd edib.
Raket zərbələrindən sonra Ağ Evdə Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib.
Qeyd edək ki, iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbindəki Ayn əl-Əsəd hərbi-hava bazasına raket zərbələri endirib.
banner

Oxşar Xəbərlər