• cümə axşamı, 25 aprel, 09:09
  • Baku Bakı 14°C

ABŞ-ın dövlət katibi Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib

21.03.17 10:22 1058
ABŞ-ın dövlət katibi Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib
ABŞ-ın dövlət katibi Reks Tillerson Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın dövlət departamentinin rəsmi saytı xəbər verir.
"Bütün dünyada milyonlarla insanlar, o cümlədən Əfqanıstanda, Azərbaycanda, Çində, Gürcüstanda, Hindistanda, İranda, İraqda, Qazaxıstanda, Qırğızıstanda, Pakistanda, Rusiyada, Suriyada, Tacikistanda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda yaşayan icmalar, Cənubi və Mərkəzi Asiya və Fars körfəzi xalqları bu bayramı öz ailələri və dostları ilə birgə qeyd edirlər", - deyə təbrikdə deyilir.
Dövlət katibi bu bayramı qeyd edənlərə xoşbəxt və firavan Novruz arzulayıb.
banner

Oxşar Xəbərlər