• çərşənbə, 24 Aprel, 08:47
  • Baku Bakı 13°C

ABŞ hökuməti vətəndaşlarını İtaliyada ehtiyatlı olmağa çağırıb

18.01.20 20:46 1130
ABŞ hökuməti vətəndaşlarını İtaliyada ehtiyatlı olmağa çağırıb
ABŞ hökuməti İtaliyada təhlükəlilik dərəcəsini ikinci səviyyədə müəyyənləşdirib.
AZƏRTACxəbər verir ki, ABŞ Dövlət Departamenti İtaliyanın da terror təhlükəsi ilə üzbəüz olduğunu bildirib. Bu baxımdan vətəndaşlara əhalinin sıx olduğu yerlərdən uzaq durmaq, yerli mətbuatı izləmək, ictimai nəqliyyatdan az istifadə etmək tövsiyə olunub.
Qeyd edək ki, təhlükə xəbərdarlığı 4 şkala üzrə müəyyənləşdirilir və dördüncü səviyyə ən təhlükəli sayılır. ABŞ Dövlət Departamenti Almaniya, Böyük Britaniya və Fransanı da təhlükə dərəcəsi üzrə ikinci səviyyədə qiymətləndirir.

banner

Oxşar Xəbərlər