• cümə, 29 Mart, 01:34
  • Baku Bakı 7°C

ABŞ hərbi-dəniz qüvvələrini Suriya shillərindən geri çəkir

09.11.13 08:57 1284
ABŞ hərbi-dəniz qüvvələrini Suriya shillərindən geri çəkir
APA-nın “İTAR-TASS”a istinadən verdiyi məlumata görə, “Nimitz” atom aviadaşıyıcısı Fars körfəzi zonasını, “Gravely” döyüş gəmisi Aralıq dənizini tərk edib.
Pentaqon “Nimitz” aviadaşıyıcısının artıq Süveyş kanalı vasitəsilə Qırmızı dənizə keçdiyini açıqlayıb. Aviadaşıyıcı dekabrın 25-dək Vaşinqton ştatındakı Everett portuna, “Gravely” isə Virciniya ştatındakı Norfolk portuna qayıdacaq. Bununla belə, hələ Ərəb körfəzində “Harry Truman” aviadaşıyıcısı, “Stout” və “Ramage” döyüş gəmiləri qalmaqdadır. Aralıq dənizinin şərqində isə “Manterey” kreyseri növbə çəkir.
Qeyd edək ki, bir neçə ay əvvəl ABŞ hərbi-dəniz qüvvələrinin Aralıq dənizi və Fars körfəzi regionunda cəmləşməsi ABŞ-ın Suriyaya hərbi zərbə endirməsi planı ilə bağlı olub.
banner

Oxşar Xəbərlər