• cümə, 19 Aprel, 18:24
  • Baku Bakı 24°C

ABŞ hasilatı artırdığı üçün neftin qiyməti üç həftəlik minimuma düşüb

02.06.17 15:40 1264
ABŞ hasilatı artırdığı üçün neftin qiyməti üç həftəlik minimuma düşüb
Bu gün neftin qiyməti üç həftəlik minimuma düşüb.
"APA-Economics” "Dow Jones”ə istinadən xəbər verir ki, neftin ucuzlaşmasına ABŞ-da hasilatın artması, ABŞ prezidenti Donald Trampın ölkəsinin qlobal istiləşmə ilə bağlı Paris anlaşmasından çıxdığını bəyan etməsindən sonra anbarlarda saxlanılan ehtiyatların satışa çıxarılması səbəb olub.
Bu məlumatlardan dərhal sonra ICE London qitələrarası birjasında Brent markalı neftin bir bareli 2,88% ucuzlaşaraq 49,17 dollara satılıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,83% azalaraq 46,99 dollar təşkil edib.
banner

Oxşar Xəbərlər