• cümə, 29 Mart, 01:50
  • Baku Bakı 7°C

ABŞ-dan xəbərdarlıq - Daha bir 11 sentyabr terraktı hazırlanır

19.10.17 10:40 1491
ABŞ-dan xəbərdarlıq - Daha bir 11 sentyabr terraktı hazırlanır
ABŞ-ın daxili təhlükəsizlik nazirinin səlahiyyətlərini icra edən Eleyn Dyuk hesab edir ki, terror qruplaşmaları ölkədə yeni böyük terror aktları hazırlayırlar. Trend-in məlumatına görə, bu barədə o, Londonda Amerika səfirliyində çıxış edərkən deyib.
O deyib: "Terror qruplaşmları, İŞİD, yaxud digəriləri 11 sentyabr terror aktı kimi bir terrakt planlaşdırır. Bunun üçün onlar təyyarədən istifadə etmək istəyirlər, kəşfiyyatın bununla bağlı heç bir şübhəsi yoxdur".
E.Dyuk həmçinin əlavə edib ki, belə aktların törədilməsində məqsəd xalqı təşviş içində saxlamaqdır.
O qeyd edib ki, hazırda ABŞ-da terror təhlükəsi 11 sentyabrdan bu bu günə ən yüksək səviyyədədir.
banner

Oxşar Xəbərlər