• cümə axşamı, 25 aprel, 07:51
  • Baku Bakı 14°C

ABŞ-dan olan nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib - Fotolar

01.10.16 20:04 1017
ABŞ-dan olan nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib - Fotolar
Bu gün Azərbaycanda səfərdə olan ABŞ- dan olan senator və din xadimlərindən ibarət nümayəndə heyəti Quba rayonuna səfər edib.APA-nın şimal bürosunun verdiyi məlumata görə, qonaqları Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov qəbul edib. O, nümayəndə heyətinə yerli əhalinin məşğuliyyəti, tarixi, etnik tərkibi haqqında məlumat verilib. Bildirilib ki, Quba çoxmillətli rayondur, burada 20-dən artıq azsaylı xalq yaşayır.
Daha sonra qonaqlar dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbəyə gediblər. Onlar qəsəbədə fəaliyyət göstərən sinaqoqla tanış olub, dini icmanın nümayəndələri ilə söhbət ediblər.
ABŞ-dan olan nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini də ziyarət edib.
ABŞ-dan gələn senator və din xadimləri Memorial Kompleksdə yaradılmış muzey ilə tanış olub. Qonaqlara 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanda törədilmiş qırğınlar, bu faciənin miqyası və məqsədi, həmçinin Memorial Kompleks ərazisində aşkar olunmuş kütləvi məzarlıq barədə məlumat verilib. Qonaqlar 1918-ci il mart hadisələrinədək Qubadakı dinc həyat, eləcə də qırğınların miqyasını nümayiş etdirən faktlar, foto və video materiallarla tanış olublar.
Daha sonra qonaqlar Qubadakı "Ərdəbil” məscidində olub və şəhərin görməli yerləri ilə tanış olublar.





banner

Oxşar Xəbərlər