• şənbə, 20 Aprel, 15:59
  • Baku Bakı 23°C

ABŞ-da Respublikaçılar partiyasının seçkiqabağı qurultayı təxirə salınmayacaq

05.04.20 19:15 617
ABŞ-da Respublikaçılar partiyasının seçkiqabağı qurultayı təxirə salınmayacaq
Koronavirus pandemiyasına baxmayaraq, ABŞ-da Donald Trampın yeni müddətə prezident postuna namizədliyinin irəli sürüləcəyi Respublikaçılar partiyasının seçkiöncəsi qurultayı təxirə salınmayacaq.
AZƏRTACxəbər verir ki, bunu ABŞ prezidenti şənbə günü Ağ evdə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
"Bizim ehtiyat planımız yoxdur. Qurultay avqustun sonlarında baş tutmalıdır. Düşünürəm ki, o vaxta qədər bizdə hər şey yaxşı olacaq. Qurultay Şimali Karolina ştatının Şarlott şəhərində keçiriləcək”, - deyə Donald Tramp bildirib.
Respublikaçılar partiyasının milli qurultayı avqustun 24-27-nə planlaşdırılıb. Donald Tramp artıq prezident seçkilərində iştirak etmək üçün nümayəndələrin yetərincə səsini toplayıb. ABŞ-da prezident seçkiləri noyabrın 3-də baş tutmalıdır.

banner

Oxşar Xəbərlər