• cümə axşamı, 25 aprel, 04:58
  • Baku Bakı 19°C

ABŞ-da növbəti silahlı insident: yaralılar var

14.06.17 21:20 667
ABŞ-da növbəti silahlı insident: yaralılar var
ABŞ-ın San-Fransisko şəhərində silahlı insident baş verib.

APA-nın RİA Novosti agentiyinə istinadən verdiyi xəbərə görə, hadisə "United Parcel Service” poçt şirkətinin yaxınlığında qeydə alınıb.

Naməlum şəxs odlu silahdan atəş açaraq bir neçə nəfəri yaralayıb. Cinayətkarın polis tərəfindən saxlanıldığı bildirilir. İlkin məlumata görə, o, polislə atışmada yaralanaraq xəstəxanaya yerləşdirilib. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.
banner

Oxşar Xəbərlər