AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ABŞ-da müəllimlərə silah gəzdirməyə icazə verildi

ABŞ-da müəllimlərə silah gəzdirməyə icazə verildi

Təfsilat
28 Dekabr 2012, 08:54 1568
ABŞ-ın bir sıra ştatlarında müəllimlərə işə silahla gəlməyə icazə verilib. Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, Yuta ştatında 150-dən artıq müəllim atıcılıq kurslarına getməyə başlayıb. Onlara müdafiənin və gizli silah daşımanın əsasları öyrədilir.

Bu addım dekabrın əvvəlində Konnektikutda baş verən faciə ilə əlaqədardır. O zaman Adam Lans məktəbdə 26 nəfəri güllələmişdi. Bundan əvvəl o, müəllimə işləyən anasını qətlə yetirmişdi.