• cümə, 19 Aprel, 21:49
  • Baku Bakı 24°C

ABŞ-da iğtişaşlar: 100-dək polis xəsarət alıb

01.05.15 05:15 948
ABŞ-da iğtişaşlar: 100-dək polis xəsarət alıb
ABŞ-ın Baltimor şəhərində bir həftədir davam edən iğtişaşlar zamanı 100-dək polis əməkdaşı xəsarət alıb.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Baltimor Şəhər Polis İdarəsinin nümayəndəsi kapitan Erik Kovalçik bildirib.
“100-dək polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan 40 nəfəri xəstəxanaya yerləşdirilib”, deyə o bildirib.
Erik Kovalçikin sözlərinə görə, iğtişaşlar zamanl 201 nəfər saxlanılıb, onlardan 106 nəfəri saxlanıldıqdan 48 saat sonra sərbəst buraxılıb.
Qeyd edək ki, iğtişaşlar nəticəsində 144 avtomobil və 15 bina yandırılıb.
Qarşıdurma zamanı şəhərin bir neçə böyük alış-veriş mərkəzi talan edilib.
Xatırladaq ki, toqquşmalara səbəb 25 yaşlı qaradərili Freddi Qreyin polis tərəfindən saxlanılmasından bir həftə sonra xəstəxanada vəfat etməsi olub.
banner

Oxşar Xəbərlər