• cümə axşamı, 18 aprel, 09:35
  • Baku Bakı 12°C

ABŞ-da etirazlar zamanı 9 mindən çox şəxs saxlanılıb

03.06.20 15:07 499
ABŞ-da etirazlar zamanı 9 mindən çox şəxs saxlanılıb
ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ölkə ərazisində başlayan etiraz aksiyaları zamanı 9,3 min nəfər saxlanılıb.
Trend-in məlumatına görə, bu göstəriciyə görə Los-Anceles şəhəri liderlik edir. Burada 2,7 minə yaxın etirazçı saxlanılıb.
Nyu-Yorkda bu rəqəm 1,5 minə yaxın olub. Bundan başqa, Dallas, Hyuston və Filadelfiya şəhərlərinin hər birində yüzlərlə şəxs saxlanılıb.
Aksiyaların qarşısının alınması üçün 28 ştatda və Vaşinqtonda Milli Qvardiyanın 20 mindən çox əsgəri cəlb edilib.
ABŞ-ın 40-a yaxın şəhərində komendant saatı tətbiq edilib.
banner

Oxşar Xəbərlər