• cümə, 29 Mart, 00:32
  • Baku Bakı 7°C

ABŞ-da aktiv neft quyularının sayı daha 11 ədəd artıb

26.06.17 12:45 1331
ABŞ-da aktiv neft quyularının sayı daha 11 ədəd artıb
ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı iyunun 17-dən iyunun 23-dək 8 ədəd və ya 0,86% artaraq 941-ə çatıb.
"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 11 ədəd və yaxud 1,47% artaraq 758 ədəd, qaz quyularının sayı 3 ədəd və yaxud 1,61% azalaraq 183 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 0-a bərabər olub. Qeyd edək ki, aktiv neft quyuları son 23 həftədir ardıcıl olaraq artım göstərir. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 428 və yaxud 129,7%, qaz quyularının sayı isə 93 ədəd və ya 103,3%, ümumilikdə isə neft-qaz quyularının sayı 520 ədəd və yaxud 123,5% artıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 2,4 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 52,9% aşağıdır.
"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barelə yaxınlaşması ABŞ-da aktiv neft quyularının sayında artımı səngidə bilər. Bu isə öz növbəsində hasilatın sabitləşməsinə gətirib çıxaracaq".
banner

Oxşar Xəbərlər