• cümə, 19 Aprel, 08:46
  • Baku Bakı 13°C

ABŞ-da 71 minlik stadionu partlatdılar

21.11.17 11:35 2773
ABŞ-da 71 minlik stadionu partlatdılar
ABŞ-ın ən böyük qapalı stadionlarından olan "Atlanta Georgia Dome” partlayıcı maddədən istifadə edilməklə, sökülüb.
Kaspi.az xəbər verir ki, 71 min yerlik nəhəng stadionun tamamilə dağıdılması üçün cəmisi 15 saniyə kifayət edib. Bu əməliyyatı həyata keçirmək üçün 2265 kq partlayıcıdan istifadə olunub.
Bu arenadan 30 metr kənarda 71 min tutumu olan, 1,6 milyard dollara başa gələn "Mercedes-Benz Stadium” inşa edilib. Partlayış zamanı yeni stadiona zərər dəyməsinin qarşısını almaq üçün onların arasına 5 mərtəbəli bina hündürlüyündə sədd çəkilib.
banner

Oxşar Xəbərlər