• cümə axşamı, 25 aprel, 02:56
  • Baku Bakı 19°C

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki əməkdaşına qarşı sanksiyanı ləğv edib

06.04.21 10:15 972
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki əməkdaşına qarşı sanksiyanı ləğv edib
ABŞ hələ ötən ilin sentyabrında sabiq prezident Donald Tramp administrasiyası tərəfindən sanksiyalara məruz qalan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iki əməkdaşının adını qara siyahıdan çıxarıb.
APATASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yerləşdirilib.
Adı qara siyahıdan çıxarılan şəxslər BCM-in prokuroru Fatu Bensuda və təşkilatın məhkəmə araşdırması, tamamlama və əməkdaşlıq şöbəsinin müdiri Fakiso Moçoçokodur.
Onlar barəsində sanksiyaların ləğvi barədə qərarı aprelin 2-də ABŞ dövlət katibi Entoni Blinken elan edib.
banner

Oxşar Xəbərlər