• cümə axşamı, 28 mart, 21:28
  • Baku Bakı 13°C

ABŞ Azərbaycana yeni səfir təyin etdi - Yenilənib - Foto

05.12.14 09:37 1142
ABŞ Azərbaycana yeni səfir təyin etdi - Yenilənib - Foto
10:37
ABŞ Senatı Robert Sekutanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiq edib.
APA-nın məlumatına görə, Robert Sekutanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi prezident Barak Obama tərəfindən irəli sürülüb.
Robert Fransis Sekuta ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışır.
Qeyd olunan məsələ bundan əvvəl Senatın xarici əlaqələr komitəsində müzakirə olunub.
10:23
Dekabrın 4-də ABŞ Senatında Robert Sekutanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin edilməsi məsələsi müzakirə olunub./apa/

banner

Oxşar Xəbərlər