• çərşənbə axşamı, 19 mart, 06:09
  • Baku Bakı 8°C

Abramoviç bir həftə bazada yatıb

26.09.17 14:10 1235
Abramoviç bir həftə bazada yatıb
"Çelsi”nin futbolçusu Sesk Fabreqas komandanın sahibi Roman abramoviç barədə danışıb.
Kaspi.az xəbər verir ki, Fabreqas Abramoviçin kluba böyük diqqət ayırdığını bildirib. O, çətin dönəmlərdə rusiyalı milyarderin bir həftə klubun bazasında yatdığını da vurğulayıb:
"Abramoviç "Çelsi”ni çox sevir və klub üçün heç nə əsirgəmir. Çoxları hesab edirdi ki, o, futbol sahəsindən tez gedəcək. Ancaq Abramoviç hər bir işdə iştirak edir.
Ötən mövsüm bizim bir sıra çətinliklərimiz olarkən, o, bir həftə futbolçularla birgə bazada yatdı. Biz ona çox hörmət edirik”.
Abramoviç "Çelsi”ni 2003-cü ildə alıb. Klub onun vaxtında 5 dəfə İngiltərə çempionu olub, Çempionlar Liqasını qazanıb.
banner

Oxşar Xəbərlər