• cümə, 19 Aprel, 07:53
  • Baku Bakı 13°C

Abdurrahman Uzun: Ermənistanın silahlı ünsürləri tərəfindən həyata keçirilən hücumu qətiyyətlə pisləyirik

28.09.20 19:30 421
Abdurrahman Uzun: Ermənistanın silahlı ünsürləri tərəfindən həyata keçirilən hücumu qətiyyətlə pisləyirik
İşğalçı terror dövləti olan Ermənistanın silahlı ünsürləri tərəfindən həyata keçirilən hücumu qətiyyətlə pisləyirik.
Bunu Trend-ə MUSİAD Azərbaycanın Prezidenti Əbdürrəhman Uzun deyib. Onun sözlərinə görə, Ermənistan hökuməti gərginliyi artırmaq və ədalətsiz hədəflərinə çatmaq üçün xüsusilə son dövrlərdə təcavüzkar siyasətini davam etdirdi:"Beynəlxalq ictimaiyyətin ikili standartları ilə daha da sərhədsizləşən Ermənistanın bu təcavüzkar münasibəti bölgəmizdəki sülh və sabitliyə ən böyük maneədir. Hər zaman xalqımızı və ölkəmizi qorumağa hazır olan qəhrəman ordumuz, hücum edən ermənilərə lazımi cavabı verdi və verməyə davam edəcəkdir. Biz bütün dünyanı işğal və zülmə qarşı ədalətli mübarizədə Azərbaycanın yanında olmağa dəvət edirik. Bütün Türk diasporlarını beynəlxalq mediada baş verə biləcək manipulyasiyalara qarşı diqqətli və səyli olmağa dəvət edirik.
MUSİAD olaraq dünyadakı bütün şöbələrimizdə sosial şəbəkələr və mətbuat vasitəsi ilə haqlı olduğumuzu izah etməyə davam edəcəyik. Biz haqq üçün, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün mübarizə aparırıq.

Ad -01:02
ƏTRAFLI
AutoLux
Bu mübarizədə Türkiyə Cümhuriyyətinə dəstək olaraq qonşu və dost ölkələri də haqsızlığa qarşı səslərini yüksəltməyə dəvət edirik. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza tezliklə şəfa versin.
Qəhrəman ordumuzun qısa müddətdə qələbə çalacağına və şərəfli Azərbaycan bayrağımızı yenidən Qarabağımızda dalğalandıracağımıza inanırıq.
Dövlətimizin və ordumuzun yanında olduğumuzu bir daha ifadə edərək, hər zaman üzərimizə düşəni etməyə hazır olduğumuzu bildirmək istəyirik. Biz birlikdə güclüyük!".
banner

Oxşar Xəbərlər